• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Kürdəmir şəhəri

Xəbərlər

Sahibkarlara məsləhət xidmətləri göstərilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən Kürdəmir rayonunun Carlı kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olan 5 KOB subyekinə fərdi məsləhət xidməti göstərilib.

Martın 15-16-da Ağsu-Kürdəmir KOBİM-ə daxil olan müraciət əsasında ekspertlər tərəfindən sahibkarlara biznes ideyaların reallaşdırılması, formalaşması və layihələrin yazılması, kənd təsərrüfatında tətbiq edilən vergi güzəştləri və vergi ödəyicisinin vəzifələri haqqında ətraflı məlumat verilib. Eyni zamanda "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları", müvəkkil banklar tərəfindən sahibkarlara verilən güzəştli kreditlərin istifadə müddəti və faiz dərəcələri izah edilib. KOB subyektlərini maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb.

Qeyd edək ki, Ağsu-Kürdəmir KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 55) 500 72 22 nömrəsi ilə əlaqə saxlaya və ya kurdemir@kobim.az elektron ünvana müraciət edə bilərsiniz.

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən təlim və ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

KOB inkişaf mərkəzləri ilə görüş keçirilib

Sahibkarların bilik və bacarıqlarının müasir çağırışlar və ehtiyacları nəzərə alınmaqla inkişaf ...

.