• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Kürdəmir şəhəri

Xəbərlər

Kürdəmirdə "Satış strategiyaları" mövzusunda təlim keçirilib

Mayın 16-da Kürdəmirdə sahibkar və biznesə yeni başlamaq istəyənlər üçün "Satış strategiyaları" mövzusunda təlim keçirilib.

Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən təşkil olunan təlimdə iştirakçılara satış strategiyasında əsas faktorlar, ehtiyacların müəyyən edilməsi, satışda təqdimat bacarıqları, qiymət və endirim strategiyası, hədəf kütlənin istehlak davranışları və s. barədə ətraflı məlumat verilib. 10 sahibkarın və biznesə başlamaq istəyən şəxsin iştirak etdiyi təlimdə mövzu üzrə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb. Təlimi uğurla bitirən iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, Ağsu-Kürdəmir KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 55) 500 72 22 nömrəsi ilə əlaqə saxlaya və ya kurdemir@kobim.az elektron ünvana müraciət edə bilərsiniz.

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən təlim və ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

KOB inkişaf mərkəzləri ilə görüş keçirilib

Sahibkarların bilik və bacarıqlarının müasir çağırışlar və ehtiyacları nəzərə alınmaqla inkişaf ...

.