• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Kürdəmir şəhəri

Xəbərlər

Kürdəmirdə sahibkar və biznesə yeni başlamaq istəyənlər üçün silsilə təlimlər keçirilib

Mayın 10-u Kürdəmirdə sahibkar və biznesə yeni başlamaq istəyənlər üçün “Vergi qanunvericiliyi və vergi bəyənatları” və “Biznesdə Liderlik” mövzularında təlimlər keçirilib

Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən təşkil olunan təlimdə iştirakçılara vergi qanunvericiliyi, vergi güzəştləri və növləri, elektron vergi hesabatlarının təqdim olunması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət məsələləri və s. praktiki və nəzəri cəhətdən izah olunub.

Bundan başqa iştirakçılara yerli və beynəlxalq təcrübədə liderlik anlayışı, sahibkarlara liderlik ruhunun aşılanması, komandanın idarə edilməsində menecer və liderin funksiyaları barədə ətraflı məlumat verilib.

Təlim zamanı hər iki mövzu üzrə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Təlimi uğurla bitirənlərə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, Ağsu-Kürdəmir KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 55) 500 72 22 nömrəsi ilə əlaqə saxlaya və ya kurdemir@kobim.az elektron ünvana müraciət edə bilərsiniz.

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən təlim və ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

KOB inkişaf mərkəzləri ilə görüş keçirilib

Sahibkarların bilik və bacarıqlarının müasir çağırışlar və ehtiyacları nəzərə alınmaqla inkişaf ...

.