• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Kürdəmir şəhəri

Xəbərlər

Kürdəmirdə KOB subyektlərinə fərdi məsləhət xidmətləri göstərilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən mövcud biznesini genişləndirmək və yeni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün təlim və məsləhət xidmətlərinin həyata keçirilməsi davam edir.

Ağsu-Kürdəmir KOBİM-ə daxil olmuş müraciətlər əsasında mobil telefon və aksessuarlarının, çörək sexinin, avtomobil ehtiyatlarının, baytarlıq preparatlarının satışı, həmçinin bərbər və dərzi fəaliyyəti ilə məşğul olan 7 sahibkara ayrı-ayrılıqda fərdi məsləhət xidmətləri göstərilib. 

Dekabrın 1-dən 7-dək Ağsu-Kürdəmir KOBİM-in ekspertləri tərəfindən  sahibkarlara rəqib analizi, qiymətin müəyyən olunması siyasəti, məhsul çeşidi və müştəri məmnuniyyəti, vitrin düzülüşü, satış hədəfləri, məhsulun gigiyenik satışının təşkili izah edilib. Eyni zamanda rəqabətli bazar anlayışı, xammalın keyfiyyəti, qiymətqoyma, çatdırılma-quraşdırılma işləri və tanıtım barədə ətraflı məlumatlar verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Bununla yanaşı maliyyə mənbələrinə və satış kanallarına çıxışa dəstək, satış strategiyasının düzgün təşkili barədə müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, Ağsu-Kürdəmir KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 55) 500 72 22 nömrəsi ilə əlaqə saxlaya və ya kurdemir@kobim.az elektron ünvana müraciət edə bilərsiniz.

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən təlim və ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

KOB inkişaf mərkəzləri ilə görüş keçirilib

Sahibkarların bilik və bacarıqlarının müasir çağırışlar və ehtiyacları nəzərə alınmaqla inkişaf ...

.