• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Kürdəmir şəhəri

Xəbərlər

Kürdəmirdə "Biznesdə ortaqlıq" mövzusunda təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "Biznesdə ortaqlıq" mövzusunda təlim keçirilib.

Fevralın 14-də Ağsu-Kürdəmir KOBİM tərəfindən Kürdəmir rayonunda təşkil edilən təlimdə müxtəlif sahələrdə fəaliyyət göstərən KOB subyektləri və biznesə başlamaq istəyən şəxslər iştirak edib. Təlimdə Ağsu-Kürdəmir KOBİM-in eksperti biznes tərəfdaşlığının inkişafı, şərikli biznesin qazandırdığı uğurlar, həmçinin uğursuzluğa səbəb ola biləcək amillər, ortaqlar arasında anlaşma sənədinin hazırlanması, onların üzərinə düşən vergi öhdəlikləri və digər bu kimi mövzular barədə geniş məlumat verib.

Pandemiya qaydalarına uyğun olaraq 8 nəfərin iştirak etdiyi təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Ağsu-Kürdəmir KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 55) 500 72 22 nömrəsi ilə əlaqə saxlaya və ya kurdemir@kobim.az elektron ünvana müraciət edə bilərsiniz.

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən təlim və ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

KOB inkişaf mərkəzləri ilə görüş keçirilib

Sahibkarların bilik və bacarıqlarının müasir çağırışlar və ehtiyacları nəzərə alınmaqla inkişaf ...

.