• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Kürdəmir şəhəri

Xəbərlər

Kürdəmir rayonunda istixana təsərrüfatı ilə məşğul olan sahibkarlara məsləhət xidməti göstərilib

Noyabrın 18-dən 29-dək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi tərəfindən Kürdəmir rayonunda istixana təsərrüfatı ilə məşğul olan 5 sahibkara məsləhət xidmətləri göstərilib.

Ağsu-Kürdəmir KOBİM-in eksperti tərəfindən istixanalarda tərəvəzlərin və müxtəlif göyərti məhsulları yetişdirən sahibkarlara ayrı-ayrılıqda bitkilərə qulluq, budama, suvarma, xəstəlik və zərərvericilərə qarşı dərman vasitələrindən düzgün istifadə qaydaları izah edilib. Bitkilərin məhsuldarlığının artırılması və gübrələnmə sistemi barəsində ətraflı məlumat verilib. Ucuz xammal mənbələrinə və xarici bazara çıxışın yolları diqqətə çatdırılıb.

Qeyd edək ki, Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən bütün xidmətlər, o cümlədən təlimlər, məsləhət xidmətləri, şəbəkələşməyə və biznes planın hazırlanmasına dəstək xidmətləri ödənişsiz həyata keçirilir. Bu xidmətlərdən yararlanmaq istəyən şəxslər https://kurdemir.kobim.az/ vasitəsilə birbaşa və ya sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən təlim və ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

KOB inkişaf mərkəzləri ilə görüş keçirilib

Sahibkarların bilik və bacarıqlarının müasir çağırışlar və ehtiyacları nəzərə alınmaqla inkişaf ...

.