• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Kürdəmir şəhəri

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən sahibkarlarla növbəti görüş keçirilib

Dekabrın 9-da Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzinin (KOBİM) və Kürdəmir KOB Dostunun təşkilatçılığı ilə sahibkarların maarifləndirilməsi məqsədilə görüş keçirilib.

Kürdəmir rayonunun Yenikənd kəndində təşkil olunan görüşdə heyvandarlıq, arıçılıq, bitkiçilik kimi sahələrdə fəaliyyət göstərən 10 təsərrüfat sahibi iştirak edib. Sahibkarlara Ağsu-Kürdəmir KOBİM-in fəaliyyət istiqamətləri və dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. Təşkil olunan təlimlərin əhəmiyyəti və göstərilən məsləhət xidmətlərindən yaralanmaq imkanlarından danışılıb. 

Dövlət və özəl sektorun nümayəndələrinin də qatıldığı görüşdə sahibkarlar üçün güzəştli kredit imkanları, bu çərçivədə həyata keçirilən proqramlar diqqətə çatdırılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən bütün xidmətlər, o cümlədən təlimlər, məsləhət xidmətləri, şəbəkələşməyə və biznes planın hazırlanmasına dəstək xidmətləri ödənişsiz həyata keçirilir. Bu xidmətlərdən yararlanmaq istəyən şəxslər www.kurdemir.kobim.az vasitəsilə birbaşa və ya sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən təlim və ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

KOB inkişaf mərkəzləri ilə görüş keçirilib

Sahibkarların bilik və bacarıqlarının müasir çağırışlar və ehtiyacları nəzərə alınmaqla inkişaf ...

.