• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Kürdəmir şəhəri

Xəbərlər

“Kənd təsərrüfatı mallarının sertifikatlaşdırılması və ixracı” mövzusunda təlim keçirilib

Mayın 5-i Kürdəmirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi (KOBİM) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) birgə dəstəyi ilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün “Kənd təsərrüfatı mallarının sertifikatlaşdırılması və ixracı" mövzusunda təlim keçirilib.

Təlimdə iştirak edən 8 sahibkara kənd təsərrüfatı mallarının sertifikatlaşdırılması və onların bazarlara necə ixrac edilməsi izah olunub. Sertifikatlaşdırma fəaliyyətinin mahiyyəti, sosial məsuliyyəti, iqtisadi cəhətdən səmərəsi haqqında ətraflı məlumat verilib. Bitki və bitkiçilik məhsullarının ixracına fitosanitar sertifikatının verilməsi, ixrac edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala beynəlxalq baytarlıq sertifikatı, yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi barədə danışılıb. İştirakçılar ilə mövzu üzrə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb. 

Qeyd edək ki, Ağsu-Kürdəmir KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 55) 500 72 22 nömrəsi ilə əlaqə saxlaya və ya kurdemir@kobim.az elektron ünvana müraciət edə bilərsiniz.

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

 

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən təlim və ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

KOB inkişaf mərkəzləri ilə görüş keçirilib

Sahibkarların bilik və bacarıqlarının müasir çağırışlar və ehtiyacları nəzərə alınmaqla inkişaf ...

.