• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Kürdəmir şəhəri

Xəbərlər

Ağsuda yeni sahibkarlıq subyektinin yaradılmasına dəstək göstərilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən sahibkarlığın inkişaf etdirilməsi üçün təlim və məsləhət xidmətlərinin təşkili davam edir.

Ağsu rayonunda un və un məmulatlarının hazırlanması və satışı sahəsində sahibkarlıq subyekti kimi fəaliyyət göstərmək istəyən Ülviyyə Həsənova Ağsu-Kürdəmir KOBİM-ə müraciət edərək Mərkəzin dəstək və xidmətlərindən yararlanıb. Ağsu-Kürdəmir KOBİM-in eksperti tərəfindən sahibkarlıq subyektinə biznesə başlamaq, vergi öhdəlikləri, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi, DSMF ödənişləri, "Asan imza"nın alınması və istifadə qaydaları barədə məlumat verilib. Ülviyyə Həsənovanın fərdi sahibkar kimi qeydiyyatdan keçməsi üçün dəstək göstərilib.

Qeyd edək ki, Ağsu-Kürdəmir KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 55) 500 72 22 nömrəsi ilə əlaqə saxlaya və ya kurdemir@kobim.az elektron ünvana müraciət edə bilərsiniz.

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən təlim və ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

KOB inkişaf mərkəzləri ilə görüş keçirilib

Sahibkarların bilik və bacarıqlarının müasir çağırışlar və ehtiyacları nəzərə alınmaqla inkişaf ...

.