• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Kürdəmir şəhəri

Xəbərlər

Ağsuda KOB subyektlərinə "Layihələrin yazılması, idarə edilməsi və büdcə tərtibatı" mövzusunda təlim keçirilib

Mövcud və ya yeni yaranan biznesin lazımı istiqamətdə düzgün inkişaf etdirilməsi üçün tələb olunan vacib alətlərdən biri də planlaşdırma, biznes layihələrin və büdcənin düzgün tərtib olunmasıdır.

Noyabrın 19-da Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən Ağsu rayonunda fəaliyyət göstərən sahibkarlar üçün "Layihələrin yazılması, idarə edilməsi və büdcə tərtibatı" mövzusunda təlim keçirilib. Təlimdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin elan etdiyi qrant müsabiqəsinə layihə təklifi ilə qatılmaq istəyən 12 mikro, kiçik və orta sahibkarlıq subyekti iştirak edib. Ağsu-Kürdəmir KOBİM-in eksperti tərəfindən interaktiv metodlardan istifadə edilməklə layihə yazılışının planlaşdırma mərhələləri, problemin təsviri, məqsəd və vəzifələrin müəyyən edilməsi, biznes fəaliyyətinin planlaşdırılması haqqında məlumat verilib. KOB subyektlərinə layihə yazılışında risk və indikatorlardan istifadə, büdcə tərtibatı və digər məsələlər izah olunub. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və iştirakçılar sertifikatla təltif edilib.

Qeyd edək ki, Ağsu-Kürdəmir KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 55) 500 72 22 nömrəsi ilə əlaqə saxlaya və ya kurdemir@kobim.az elektron ünvana müraciət edə bilərsiniz.

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən təlim və ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

KOB inkişaf mərkəzləri ilə görüş keçirilib

Sahibkarların bilik və bacarıqlarının müasir çağırışlar və ehtiyacları nəzərə alınmaqla inkişaf ...

.