• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Kürdəmir şəhəri

Xəbərlər

Ağsuda "Aqrar sığorta" mövzusunda təlim keçirilib

Mayın 24-də Ağsu-Kürdəmir KOB İnkişafı Mərkəzi (KOBİM) tərəfindən Ağsu rayonunda müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlara və və biznesə başlamaq istəyənlərə "Aqrar sığorta" mövzusunda təlim keçirilib.

Təlimdə Ağsu-Kürdəmir KOBİM-in peşəkar eksperti tərəfindən aqrar sığorta mexanizmi, onun iş prinsipi və bu sahədə işin səmərəli təşkili ilə bağlı məlumatlar verilib. Eyni zamanda sığorta predmeti və müqavilənin bağlanması, sığorta məbləğinin müəyyən edilməsi, eləcə də sığorta hadisəsi zamanı tələb olunan sənədlər izah edilib.

8 sahibkarın və biznesə başlamaq istəyənlərin iştirak etdiyi təlimdə xarici ölkələrin və Azərbaycanın sığorta təcrübəsi barədə danışılıb. Mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

Qeyd edək ki, Ağsu-Kürdəmir KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 55) 500 72 22 nömrəsi ilə əlaqə saxlaya və ya kurdemir@kobim.az elektron ünvana müraciət edə bilərsiniz.

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

 

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən təlim və ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

KOB inkişaf mərkəzləri ilə görüş keçirilib

Sahibkarların bilik və bacarıqlarının müasir çağırışlar və ehtiyacları nəzərə alınmaqla inkişaf ...

.