• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Kürdəmir şəhəri

Xəbərlər

Ağsu rayonunda sahibkarlar üçün silsilə təlimlər təşkil olunub

Biznes qurmaq üçün ilk növbədə ideya olmalıdır. Bu ideya sizdə işləmək həvəsi yaratmalı və sizi öz ardınca apara bilməlidir. Biznes ideyalar sizə əlavə gəlir qazanmaq üçün yeni bir sahəyə atılmağınız üçün əla fürsətdir.

Noyabrın 30-da Ağsu rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi tərəfindən mikro, kiçik və orta sahibkarlar, eləcə də biznesə başlamaq və biznesini inkişaf etdirmək istəyənlər üçün "Biznes ideyanın reallaşdırılması'' və "Dəyər sisteminin yaradılması və brendinq" mövzusunda təlimlər keçirilib.Təlimlərdə Ağsu-Kürdəmir KOBİM-in eksperti tərəfindən biznes ideya nədir, ideyanın yaradılması və onun reallaşdırmasının yolları barədə ətraflı məlumat məlumat verilib. İştirakçılara biznesdə uğur əldə etməyin və biznes fəaliyyətini inkişaf etdirməyin qaydaları izah olunub.

Təlimdə dəyər sisteminin yaradılması, tətbiqi və işlənilməsi, həmçinin KOB subyektlərinə sahibkarın istehsal etdiyi məhsulun brendə çevrilməsi yolları, onun əhəmiyyəti və məqsədi barədə ətraflı məlumat verilib.

Pandemiya qaydalarına uyğun olaraq 12 mikro, kiçik və orta biznes subyektinin iştirak etdiyi təlim sual-cavab sessiyası ilə davam etdirilib və mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Ağsu-Kürdəmir KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 55) 500 72 22 nömrəsi ilə əlaqə saxlaya və ya kurdemir@kobim.az elektron ünvana müraciət edə bilərsiniz.

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

 

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən təlim və ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

KOB inkişaf mərkəzləri ilə görüş keçirilib

Sahibkarların bilik və bacarıqlarının müasir çağırışlar və ehtiyacları nəzərə alınmaqla inkişaf ...

.