• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Kürdəmir şəhəri

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən yeni kob subyekti yaradılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişafı Mərkəzi (KOBİM) tərəfindən yeni sahibkarlıq subyektlərinin yaradılmasına dəstək davam etdirilir.
Mayın 20-də avtoyuma ilə məşğul olan Rişad Novruzov Ağsu-Kürdəmir KOBİM-in dəstək və xidmətlərindən faydalanmaq üçün müraciət edib. Mərkəzin eksperti tərəfindən vətəndaşa VÖEN barədə ümumi anlayışlar və VÖEN-in açılma prosesləri haqqında məlumatlar verilib. Məsləhət xidmətindən yararlanan vətəndaşın e-qaimə, rüblük və illik hesabatların, bəyannamələrin hazırlanması və təqdim olunması diqqətinə çatdırılıb. Daha sonra Novruzov Rişadın fərdi sahibkar kimi qeydiyyatdan keçməsinə dəstək göstərilib.
Qeyd edək ki, Ağsu-Kürdəmir KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 55) 500 72 22 nömrəsi ilə əlaqə saxlaya və ya kurdemir@kobim.az elektron ünvana müraciət edə bilərsiniz.
Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
 

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən təlim və ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

KOB inkişaf mərkəzləri ilə görüş keçirilib

Sahibkarların bilik və bacarıqlarının müasir çağırışlar və ehtiyacları nəzərə alınmaqla inkişaf ...

.