• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Kürdəmir şəhəri

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən təlim keçirilib

Mayın 18-i Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Antikorrupsiya idarəetmə sistemi” və “Vergi qanunvericiliyi və vergi bəyənatları” mövzularında təlim keçirilib.

Təlimdə sahibkarlığın müxtəlif sahələrində iştirak edən KOB subyektləri və sahibkarlıq fəaliyyətinə maraq göstərən gənclər iştirak edib.

Təlim zamanı korrupsiya anlayışı, eləcə də vəzifəli şəxs kimdir, korrupsiya hüquqpozmaları və korrupsiya şəraiti yaradan hüquqpozmalar hansılardır, korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxsin dövlət müdafiəsi, bu sahədə müraciətə baxılması və Antikorrupsiya idarəetmə sistemləri üzrə dövlət standartı (İSO 37001) barədə ətraflı məlumat verilib.

Bundan başqa iştirakçılara vergi qanunvericiliyi, vergi güzəştləri və onun növləri izah edilib. Vergi ödəyiciləri arasındakı fərqlər, hesabatların verilmə müddətləri və üsulları, vergi hesabatlarının gecikməsi zamanı yarana biləcək diqqətə çatdırılıb.

8 sahibkarın iştirak etdiyi təlimdə onları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.

Qeyd edək ki, Ağsu-Kürdəmir KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 55) 500 72 22 nömrəsi ilə əlaqə saxlaya və ya kurdemir@kobim.az elektron ünvana müraciət edə bilərsiniz.

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən təlim və ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

KOB inkişaf mərkəzləri ilə görüş keçirilib

Sahibkarların bilik və bacarıqlarının müasir çağırışlar və ehtiyacları nəzərə alınmaqla inkişaf ...

.