• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Kürdəmir şəhəri

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən "sığorta bazarı" mövzusunda təlim keçirilib

Sahibkarlıq subyektləri fəaliyyətləri dövründə müxtəlif zərər və itkilərlə qarşılaşa bilərlər. Bu baxımdan sahibkarların, xüsusilə də mikro, kiçik və orta biznes subyektlərinin sahibkarlıq fəaliyyətlərini sığortalaması vacibdir. Sığortanın biznes üçün əhəmiyyəti ilə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mütəmadi olaraq KOB-lar arasında maarifləndirmə işləri həyata keçirilir, təlim və seminarlar təşkil olunur, məsləhət xidmətləri göstərilir.

Dekabrın 14-də Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən Kürdəmir rayonunda fəaliyyət göstərən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün  "Sığorta bazarı" mözvusunda təlim keçirilib. Təlimdə Ağsu-Kürdəmir KOBİM-in eksperti müasir dövrdə sığortanın önəmi, sahibkar tərəfindən işçilərin icbari sığortalanması, biznesin könüllü sığortası və tərəflərin hüquqi məsuliyyəti barədə məlumat verilib. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və sertifikatlar təqdim edilib.

Pandemiya qaydalarına uyğun formada təşkil olunan təlimdə 7 KOB subyekti iştirak edib.

Qeyd edək ki, Ağsu-Kürdəmir KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 55) 500 72 22 nömrəsi ilə əlaqə saxlaya və ya kurdemir@kobim.az elektron ünvana müraciət edə bilərsiniz.

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən təlim və ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

KOB inkişaf mərkəzləri ilə görüş keçirilib

Sahibkarların bilik və bacarıqlarının müasir çağırışlar və ehtiyacları nəzərə alınmaqla inkişaf ...

.