• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Kürdəmir şəhəri

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən sahibkarlara təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzində (KOBİM) sahibkarların maariflənməsi istiqamətində təşkil etdiyi təlimlər davam edir.

Fevralın 22-də Ağsu-Kürdəmir KOBİM tərəfindən sahibkarlar üçün "Satışda marketinq və brendləşmənin önəmi" mövzusunda təlim keçirilib.

Təlimdə Ağsu-Kürdəmir KOBİM-in eksperti tərəfindən bazar araşdırması, brendləşmə, reklam strategiyasının hazırlanması, bazarda daha dayanıqlı mövqeyə malik olması üçün marketinq konsepsiyasının əhəmiyyəti izah edilib. 8 sahibkarın iştirak etdiyi təlimdə müştərinin büdcəsinə uyğun qiymətin, məkanın müəyyənləşdirilməsi, reklam və təbliğatın düzgün qurulması, müştəri məmnuniyyətinin biznesin gələcək inkişafına təsiri haqqında məlumat verilib.

Sonda KOB subyektlərini maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Ağsu-Kürdəmir KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 55) 500 72 22 nömrəsi ilə əlaqə saxlaya və ya kurdemir@kobim.az elektron ünvana müraciət edə bilərsiniz.

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən təlim və ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

KOB inkişaf mərkəzləri ilə görüş keçirilib

Sahibkarların bilik və bacarıqlarının müasir çağırışlar və ehtiyacları nəzərə alınmaqla inkişaf ...

.