• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Kürdəmir şəhəri

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən sahibkarlar üçün biznes plan hazırlanıb

Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən Kürdəmir rayonunda fəaliyyət göstərən sahibkarlara biznes planın hazırlanmasında dəstək göstərilib.

Heyvandarlıq fəaliyyəti ilə məşğul olan Həsən Hacıyev və Kənan Şəmiyev biznes ideyasının reallaşdırılması üçün biznes planın hazırlanmasına dəstək göstərilməsi ilə bağlı Ağsu-Kürdəmir KOBİM-ə müraciət edib.  

Mərkəzin peşəkar eksperti sahibkarlarla mütəmadi onlayn və canlı görüşlər keçirib və müzakirələr aparıb. Biznesin güclü və zəif tərəfləri, imkanları və təhlükələri, biznesin məqsədləri müəyyən edilib, bazar araşdırılması aparılıb, marketinq və satış strategiyası hazırlanıb. Nəticə olaraq Ağsu-Kürdəmir KOBİM tərəfindən hər iki sahibkar üçün biznes plan hazırlanıb və təqdim edilib.

Qeyd edək ki, Ağsu-Kürdəmir KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 55) 500 72 22 nömrəsi ilə əlaqə saxlaya və ya kurdemir@kobim.az elektron ünvana müraciət edə bilərsiniz.

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən təlim və ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

KOB inkişaf mərkəzləri ilə görüş keçirilib

Sahibkarların bilik və bacarıqlarının müasir çağırışlar və ehtiyacları nəzərə alınmaqla inkişaf ...

.