• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Kürdəmir şəhəri

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən məsləhət xidmətləri göstərilib

Sığortanın biznes üçün əhəmiyyəti ilə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mütəmadi olaraq sahibkarlar arasında maarifləndirmə işləri həyata keçirilir, təlim və seminarlar təşkil olunur, məsləhət xidmətləri göstərilir.

Noyabrın 30-da "Sığorta anlayışı" mövzusu ilə bağlı Ağsu-Kürdəmir KOBİM-də Rzayev Ramiq və Xanlarov Tərlana məsləhət xidmətləri göstərilib. Sahibkarların müraciətlərinə əsasən Mərkəzin eksperti tərəfindən KOB subyektlərinə müasir dövrdə sığortanın önəmi, işçilərin icbari sığortasının qanunla tənzimləməsi, sığorta haqqının və sığorta məbləğinin hesablanması, sığorta ödənişinin növləri və sığorta hadisəsinin müəyyən olunması kimi vacib məqamlar barədə məlumat verib. Eyni zamanda sığorta ödənişindən imtina əsasları geniş şəkildə izah edilib.

Qeyd edək ki, Ağsu-Kürdəmir KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 55) 500 72 22 nömrəsi ilə əlaqə saxlaya və ya kurdemir@kobim.az elektron ünvana müraciət edə bilərsiniz.

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən təlim və ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

KOB inkişaf mərkəzləri ilə görüş keçirilib

Sahibkarların bilik və bacarıqlarının müasir çağırışlar və ehtiyacları nəzərə alınmaqla inkişaf ...

.