• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Kürdəmir şəhəri

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən KOB subyektlərinə məsləhət xidmətləri göstərilib

Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzinə (KOBİM) müraciət edən Kürdəmir rayonunun Qocalı və Mehdili kəndlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan 5 KOB subyektinə fərdi məsləhət xidmətləri göstərilib.

Fevralın 11-dən 15-dək  Ağsu-Kürdəmir KOBİM-in eksperti tərəfindən təsərrüfat sahiblərinə kənd təsərrüfatında məhsuldarlığın artırılması, ərzaq təhlükəsizliyini təmin edilməsi, ixrac potensialının artırılması üçün maliyyə mənbələrinə çıxış və müvəkkil banklar tərəfindən verilən güzəştli kreditlər barədə ətraflı məlumat verilib. Eyni zamanda sığorta növləri, sığorta zamanı tərəflərin məsuliyyəti, daşınar və daşınmaz əmlakın sığortasının əhəmiyyəti sahibkarların diqqətinə çatdırılıb. 

Qeyd edək ki, Ağsu-Kürdəmir KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 55) 500 72 22 nömrəsi ilə əlaqə saxlaya və ya kurdemir@kobim.az elektron ünvana müraciət edə bilərsiniz.

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən təlim və ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

KOB inkişaf mərkəzləri ilə görüş keçirilib

Sahibkarların bilik və bacarıqlarının müasir çağırışlar və ehtiyacları nəzərə alınmaqla inkişaf ...

.