• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Kürdəmir şəhəri

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən KOB subyektinə layihənin yazılmasına dəstək göstərilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən mövcud biznesini genişləndirmək və yeni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün təlim və məsləhət xidmətlərinin həyata keçirilməsi davam edir.

Qadın sahibkar Sevda Həsənova Ağsu-Kürdəmir KOBİM-ə müraciət edərək layihə təklifinin yazılması və büdcə tərtibatı hazırlanması istiqamətində məsləhət xidmətinə ehtiyacı olduğunu bildirib.

Dekabrın 9-10-da Ağsu-Kürdəmir KOBİM-in  eksperti tərəfindən sahibkara layihə anlayışı, strukturu, məqsədi, layihə yazılışının planlaşdırılması mərhələləri, problemin təsviri, büdcə tərtibatı, məqsəd və vəzifələrin müəyyən edilməsi haqqında məlumat verilib. KOBİA-nın təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilməli olan müvafiq sənədlər izah edilib, layihənin yazılmasına dəstək göstərilib.Sahibkarı maraqlandıran suallar cavablandırılıb və nəticə olaraq ideyasını əks etdirən layihə hazırlanaraq təqdim edilib.

Qeyd edək ki, Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. Ağsu-Kürdəmir KOBİM-in xidmətlərindən faydalanmaq üçün (+994 55) 500 72 22 nömrəsi ilə əlaqə saxlaya və ya kurdemir@kobim.az elektron ünvana müraciət edə bilərsiniz.

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən təlim və ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

KOB inkişaf mərkəzləri ilə görüş keçirilib

Sahibkarların bilik və bacarıqlarının müasir çağırışlar və ehtiyacları nəzərə alınmaqla inkişaf ...

.