• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Kürdəmir şəhəri

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən təlim və məsləhət xidmətlərinin statistikası

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi (KOBİM) fəaliyyətə başladığı ötən 1 il müddəti ərzində uğurlu nəticələr əldə edilib. 

Ağsu-Kürdəmir KOBİM tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə vergi qanunvericiliyi və vergi bəyanatları, satışda marketinq və brendləşmənin önəmi, korporativ hüquq, maya dəyərinin hesablanması, biznesdə liderlik, antikorrupsiya və etik davranış qaydaları, kənd təsərrüfatı mallarının sertifikatlaşdırılması və ixracı, maliyyənin idarə olunması,və digər mövzularda 210 saat təlim təşkil olunub. Təlimlərdə 32-si qadın, 166-ı gənc olmaqla, ümumilikdə 362 nəfər iştirak edib.

Ağsu-Kürdəmir KOBİM fəaliyyət istiqamətinə uyğun olaraq, bazarın öyrənilməsi və seqmentasiyası, biznes strategiyaları, satış kanallarına çıxışa dəstək, güzəştli yolla kredit və avadanlıqların alınması, marketinq işinin təşkili istiqamətlərdə ümumilikdə 731 saat olmaqla 190 KOB subyektinə məsləhət xidməti göstərilib.  

Bununla yanaşı, Ağsu-Kürdəmir KOBİM tərəfindən 5 sahibkara Biznes Plan yazılaraq təqdim olunub, 10 yeni KOB subyektinin yaradılmasına dəstək göstərilib, 5 nəfərin isə maliyyə mənbələrinə çıxışı təmin edilib.  

Hesabat dövrü ərzində 6 rayondan heyvandarlıq sahəsində fəaliyyət göstərən 20-ə yaxın sahibkarın şəbəkələşməsinə dəstək göstərilib. Mikro, kiçik və orta sahibkarların bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif sahələrdə fəaliyyət göstərən 285 sahibkarla maarifləndirici səyyar görüşlər keçirilib. KOB subyektlərini maraqlandıran suallar yerindəcə cavablandırılıb, mövcud problemin aidiyyatı orqanlara çatdırılmasına dəstək göstərilib. Həmçinin Kürdəmirdə arıçılıq və bal istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə mütəmadi olaraq görüşlər keçirilib. 20-a yaxın sahibkarın iştirak etdiyi görüşlərdə ölkədə arıçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, dövlət tərəfindən göstərilən dəstək mexanizimləri barədə məlumatlar verilib.

Qeyd edək ki, Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

KOB inkişaf mərkəzləri ilə görüş keçirilib

Sahibkarların bilik və bacarıqlarının müasir çağırışlar və ehtiyacları nəzərə alınmaqla inkişaf ...

.

Xəbərlər

Ağsuda "Maliyyə mənbələrinə çıxış" mövzusunda təlim ...

Mayın 25-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB ...

.