• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Kürdəmir şəhəri

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən fermerlərə məsləhət xidməti göstərilib

Sentyabrın 15-20-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi (KOBİA) tərəfindən Kürdəmir rayonunda taxıl, pambıq və yonca təsərrüfatı ilə məşğul olan fermerlərə yerində məsləhət xidmətləri göstərilib.

Ağsu-Kürdəmir KOBİM-in eksperti tərəfindən pambıqçılıqla məşğul olan sahibkara yüksək və keyfiyyəti məhsul alması üçün zərərverici, xəstəlik və alaq otlarına qarşı vaxtında, düzgün və səmərəli mübarizə üsulları və pambıq bitkisində xəstəlikləri törədən əsas orqanizmlərə qarşı istifadə edilməli dərman preparatları barədə məlumat verilib. Növbəti mövsümdə yüksək məhsuldarlığın əldə edilməsi üçün səpin zamanı toxumun dərinliyi düzgün seçilməli, ilkin suvarmanın vaxtında verilməsi tövsiyə olunub.

Taxılçılıq təsərrüfatı ilə məşğul olan sahibkarlara sahələrdə xəstəlik və zərərvericilərə qarşı aqrotexniki, bioloji və kimyəvi mübarizə tədbirlərindən kompleks istifadə məsləhət görülüb. Səpindən sonrakı mərhələdə sahənin suvarılması üçün su kanallarının sahəyə yaxın yerlərdən çəkilməsi, səpinin düzgün aparılması, istifadə edilən preparatlar və bu zaman təhlükəsizlik qaydalarına əməl olunması fermerlərin diqqətinə çatdırılıb.

Yoncalıqla məşğul olan sahibkara isə yonca bitkisinin böyüməsi üçün makro və mikro elementlərdən ibarət gübrələrdən istifadə olunması tövsiyə olunub. Təmiz yonca məhsulu əldə etməsi üçün herbisidlərdən istifadə olunmaqla sahə alaq otlarından təmizlənməlidir. Zərərvericilərin normal qidalanmasını və onların çoxalmasını təmin edən yabanı bitkilərin sahədən kənarlaşdırılması, kultivasiya və suvarmanın düzgün edilməsi yolları izah olunub.

Mərkəzin eksperti tərəfindən sahibkarlara xəstəlik və zərərvericilərə qarşı vaxtında tədbir görülmədikdə bitkinin məhsuldarlığı 30-40 faiz aşağı düşdməsi barədə məlumat verilib.

Qeyd edək ki, zərurət yarandığı təqdirdə KOB subyektlərinə bu və ya digər mövzularla bağlı Ağsu-Kürdəmir KOBİM tərəfindən məsləhət xidmətlərinin göstərilməsi davam edəcək. 

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən təlim və ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

KOB inkişaf mərkəzləri ilə görüş keçirilib

Sahibkarların bilik və bacarıqlarının müasir çağırışlar və ehtiyacları nəzərə alınmaqla inkişaf ...

.