• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Kürdəmir şəhəri

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM gənclər üçün təşkil etdiyi təlim proqramı başa çatıb

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi sahibkarların və gələcəkdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən potensial Kob-ların maarifləndirilməsi istiqamətində 10 avqust tarixindən başlatdığı təlim proqramına yekun vurub.

Təlim proqramı çərçivəsində Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzinin təlimçi-eksperti tərəfindən Ağsu və Kürdəmir rayonlarından olan gənclərə “Biznese başla”, “İdeyadan biznesə”, “Bədən dili-natiqlik”, “Təqdimat və müsahibə bacarıqları”, “Gənclərin liderlik və peşəkar inkişafı” mövzularında ətraflı məlumat verilib.

Pandemiya ilə əlaqədar təlimlər kiçik qruplar şəklində və müvafiq qaydalara əməl olunmaqla keçirilib.

Təlim proqramını uğurla başa vurmuş 12 gənc sertifikatlarla təltif olunub.

Qeyd edək ki, Ağsu-Kürdəmir KOBİM tərəfindən təlimlər davam etdirilir. Ağsu və Kürdəmir rayonunda fəaliyyət göstərən sahibkarlar və ya sahibkar olmaq istəyən şəxslər mərkəzin ödənişsiz xidmətlərindən yararlana bilərlər.

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən təlim və ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

KOB inkişaf mərkəzləri ilə görüş keçirilib

Sahibkarların bilik və bacarıqlarının müasir çağırışlar və ehtiyacları nəzərə alınmaqla inkişaf ...

.