Xəbərlər
Ağsu-Kürdəmir KOBİM gənclər üçün maarifləndirici təlim keçirib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi sahibkarların və gələcəkdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən potensial Kob-ların maarifləndirilməsi istiqamətində təlim və məsləhət xidmətlərini davam etdirir.
Avqustun 10-da Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi tərəfindən gənc sahibkarlar və startapçılar üçün "Öz biznesinə başla" mövzusunda təlim keçirilib. Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi Təlimdə təlimçi-eksperti tərəfindən biznes ideyanın reallaşdırılması, sahə üzrə mövcud bazarın öyrənilməsi və seqmentasiyası, uğurlu biznesdə motivasiyanın rolu haqqında məlumatlar verilib. Pandemiya ilə əlaqədar 12 nəfərin iştirak etdiyi təlim qruplar şəklində təşkil olunub.
Təlimin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər
Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən təlim və ...
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi ...
.
Xəbərlər
KOB inkişaf mərkəzləri ilə görüş keçirilib
Sahibkarların bilik və bacarıqlarının müasir çağırışlar və ehtiyacları nəzərə alınmaqla inkişaf ...
.