• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Kürdəmir şəhəri

Xəbərlər

Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi yeni sahibkarlıq subyektlərinin yaradılmasına dəstək göstərib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) müxtəlif sektorlar üzrə yeni sahibkarlıq subyektlərinin yaradılmasına dəstəyini davam etdirir.

KOBİA-nın Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzinin (KOBİM) dəstəyi ilə Kürdəmir rayonunda arıçılıq, heyvandarlıq və xidmət sahələrində üç yeni sahibkarlıq subyektinin təsis edilməsinə dəstək göstərilib. KOB İnkişaf Mərkəzinin ekspertləri tərəfindən sahibkarlıq subyektlərinə biznesə başlamaq, vergi öhdəlikləri, aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi, DSMF ödənişləri, "Asan imza"nın alınması və istifadə qaydaları ilə bağlı məsləhət xidməti, eləcə də fərdi sahibkar kimi qeydiyyatdan keçmələri üçün dəstək göstərilib.

Sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslər mələhət xidməti üçün KOBİM-ə müraciət edə bilərlər. Qeyd edək ki, KOBİM-lər tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Ağsu-Kürdəmir KOBİM tərəfindən göstərilən təlim və ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

KOB inkişaf mərkəzləri ilə görüş keçirilib

Sahibkarların bilik və bacarıqlarının müasir çağırışlar və ehtiyacları nəzərə alınmaqla inkişaf ...

.