• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Kürdəmir şəhəri

    Bakı prospekti 18

Kürdəmir Kobim

Haqqımızda

Mikro, kiçik və orta biznesin (KOB) inkişafı, onun ölkə iqtisadiyyatında və məşğulluqda rolunun artırılması hər bir ölkədə olduğu kimi, Azərbaycanda  iqtisadi siyasətin əsas komponentlərindən biridir. 
Ölkəmizdə KOB-ların inkişafına daimi dövlət dəstəyi 2017-ci ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilir.
KOBİA-nın əsas məqsədi KOB-ların fəaliyyətinin tənzimlənməsində iştirak etmək, bu sahədə beynəlxalq təcrübədə geniş tətbiq olunan və müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin və səmərəli əlaqələndirmə mexanizminin tətbiqi yolu ilə KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirmək, xüsusi çəkisini və rəqabət qabiliyyətini artırmaq, maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək və onlara institusional dəstək mexanizmlərini təkmilləşdirmək, dövlət və özəl qurumlarının bu sahədə fəaliyyətini əlaqələndirmək, regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsinə nail olmaqdır.
Məhz yuxarıda sadalanan məqsədlərə çatmaq üçün KOBİA özəl sektor ilə əməkdaşlıqda KOB İnkişaf Mərkəziləri yaratmağa başlamışdır. KOB Inkişaf Mərkəzləri  KOB-lara təlim, məsləhət və şəbəkələşmə sahəsində xidmətlər göstərirlər.
 

Məqsədimiz

Missiyamız

Fəaliyyətimiz

Fəaliyyət İstiqamətləri

Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi Ağsu-Kürdəmir şəhərlərində fəaliyyət göstərən KOB-lara və yeni biznesə başlayanlara aşağıdakı istiqamətlərdə təlim, məsləhətşəbəkələşmə və digər xidmətləri təqdim  edir:

  • İdarəetmə və yumşaq vərdişlər
  • Biznes planlaşma 
  • Marketinq və satış 
  • Maliyyəyə çıxışa dəstək
  • Maliyyə savadlığının artırılması
  • Maliyyə idarəetməsi 
  • İxraca dəstək
  • Dövlətin xidmətləri barədə məlumatlandırma
  • Biznes hüququ
  • Biznes strukturları arasında şəbəkələşmə (ictimai birliklərin və klastrların yaradılması)
  • Digər biznesə dəstək xidmətləri

Bütün KOB İnkişaf Mərkəzlərində olduğu kimi, Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi tərəfindən göstərilən xidmətlər KOB-lar üçün ödənişsizdir və xidmət haqları KOBİA tərəfindən ödənilir.

MÜRACİӘT FORMASI

Gәlin birlikdә inkişaf edәk